15:16
11 Aprel 2020

Britaniyada koronavirusdan 19 tibb işçisi vəfat etdi


Böyük Britaniyada bu günədək koronavirusa (COVID-19) yoluxmuş 19 tibb işçisi vəfat edib.

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok bildirib.

"Bu günədək Milli Səhiyyə Xidmətində çalışan 19 tibb işçisi COVID-19-dan vəfat edib. Təbii ki, bu, çox ürəkağrıdıcıdır, mənim fikrim onların ailələrin yanındadır", - deyə britaniyalı nazir əlavə edib.

Dİgər xəbərlər