22:25
10 Aprel 2020

Dünyada koronavirusdan ölənlərin sayı 100 mini keçdi

Dünyada yeni növ koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 100 min nəfəri keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu federal və ştat orqanlarının məlumatları əsasında araşdırma aparan ABŞ-ın Cons Hopkins Universitetinin hesabatında göstərilib.

Məlumata görə, ən çox ölüm faktı İtaliyada qeydə alınıb – 18 849 nəfər. Onun ardınca ABŞ (18 009), İspaniya (15 970), Fransa (13 197) və Böyük Britaniya (8 958) gəlir.

Ümumilikdə hazırda dünyada 101 551 nəfər COVID-19 infeksiyasına yoluxma nəticəsində həyatını itirib.

Cons Hopkins Universitetinin məlumatına görə, hazırda 1,67 milyondan çox insan bu xəstəliyə yoluxub. Ən çox yoluxma halları ABŞ, İspaniya, İtaliya, Almaniya və Fransada qeydə alınıb. Son məlumatlara görə, ABŞ-da 488 mindən çox, İspaniyada 157 mindən çox, İtaliyada 147 mindən çox insan bu ölümcül virusun daşıyıcısıdır.

Universitetin bildirdiyinə görə, bu günədək 372 mindən çox insan sağalıb.

Dİgər xəbərlər