951
20:55
10 Aprel 2020

İtaliyada bir sutka ərzində COVID-19-a yoluxma hallarında azalma müşahidə olunur

Son bir gündə İtaliyada koronavirusa yeni yoluxma hallarının sayı 3951 nəfərdir, bu da bir gün əvvələ (4204 yoluxma) nisbətən 10% azdır.

APA xəbər verir ki, bu məlumatı ölkənin Mülki Müdafiə Departamenti yayıb.

Bu rəqəm son bir ayın rekordudur. Bununla yanaşı, ölənlərin sayı 500 nəfərdən yuxarı səviyyədə qalır, son bir gündə 570 nəfər koronavirus infeksiyasına yoluxma səbəbindən ölüb.

Ölkədə koronavirusun ilk yayıldığı gündən bəri yoluxmuş insanların, o cümlədən sağalmış və dünyasını dəyişənlərin ümumi sayı 147 577 nəfər olub. 18 849 nəfər isə bu virusun qurbanına çevrilib. 30 455 nəfər də sağalıb.