Xalq artisti Natiq Şirinov evindən konsert verəcək
10 aprel 2020 10:38 (UTC +04:00)

Xalq artisti Natiq Şirinov evindən konsert verəcək

“Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov evindən izləyicilərin görüşünə gələcək.

Lent.az xəbər verir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #senetinledestekle çağırışına qoşulan musiqiçi tamaşaçılara zərb alətlərimizdən danışacaq, ritmik muğamları ifa edəcək.

Musiqili görüşü bu gün saat 17.00-da Bakı şəhər Mədəniyyət Baş İdarəsinin - @bakimedeniyyetidaresi və Xalq artisti Natiq Şirinovun - @natiqritm “Instagram” hesablarından canlı izləmək olar.

# 1173
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar