Nyu-Yorkda son sutkada ölənlərin sayı rekord həddə çatıb
10 aprel 2020 06:23 (UTC +04:00)

Nyu-Yorkda son sutkada ölənlərin sayı rekord həddə çatıb

 

“Nyu-York ştatında son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çataraq 779 nəfər olub”. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Endryu Kumo mətbuat konfransında bildirib.

O qeyd edib ki, Nyu-York ştatı ABŞ-da koronavirus epidemiyasının episentridir: "Ölənlərin sayı artır. Ötən gün 799 nəfər itirdik. Onların sayının artacağı istisna edilmir".

Qubernator koronavirusla bağlı müsbət göstəricilərin də müşahidə edildiyini vurğulayıb:  “Gün ərzində sünü nəfəs aparatından istifadə edən xəstələrin sayı azalıb, reanimasiyaya daha az adam daxil olub, eyni zamanda xəstəxanaya yerləşdirilənlərin sayında da azalma var”. 

 

# 1939
avatar

Oxşar yazılar