İngiltərə Çindən pulunu geri qaytarmasını istədi - SƏBƏB
09 aprel 2020 16:46 (UTC +04:00)

İngiltərə Çindən pulunu geri qaytarmasını istədi - SƏBƏB

İngiltərə Çindən aldığı 3.5 milyon test cihazının pozitiv və neqativ cavabları səhv göstərdiyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Boris Consonun rəhbərlik etdiyi hökumət keçən ay Çindən alınıb yararsız çıxan test cihazlarını və ödənişlərini geri qaytarmaq istəyir.

Koronavirus müayinə mərkəzinin koordinatorları, “İndiyə qədər bu cihazlar düzgün nəticə göstərmədi. Xeyli yanlış neqativ və pozitiv nəticələr gördük. Cihazlardan düzgün nəticə ala bilməmişik”, - deyiblər.

# 1625
avatar

Mehman Nəbiyev

Oxşar yazılar