İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub
08 aprel 2020 04:20 (UTC +04:00)

İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub

 

Çərşənbə axşamı İsraildə koronavirusa yoluxanların sayı 9248 nəfərə çatıb. Yoluxanlardan 65 nəfər ölüb,  770 nəfər isə sağalıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin məlumatında bildirilib. 

Qeyd edilib ki, vəziyyəti ağır olan xəstələrin sayı çərşənbə axşamı 149-a çatıb. 117 xəstə süni tənəffüs cihazlarına qoşulub.

Artıq İsraildə yaşayış məntəqələri polis və hərbçilər tərəfindən nəzarətə götürülüb. Çərşənbə günü səhər saat 6-dan cümə axşamı səhərədək vətəndaşlara evlərini tərk etmək qadağan edilib.

# 1059
avatar

Oxşar yazılar