“Ailənin bir üzvü əmək haqqı alıbsa, o zaman..." - Nazir birdəfəlik ödəmədən danışdı
07 aprel 2020 18:01 (UTC +04:00)

“Ailənin bir üzvü əmək haqqı alıbsa, o zaman..." - Nazir birdəfəlik ödəmədən danışdı


“Dövlətin dəstəyi pandemiya dövründə sosial cəhətdən zəif kontingentə yönəlib. Bəzən birdəfəlik ödəmə üçün əmək müqaviləsi ilə işləyənlər də müraciət edir". 

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ailənin bir üzvü işləyirsə, əmək haqqını alıbsa, digər üzvünə bu məbləğin verilməsinə ehtiyac yoxdur: "Resurslardan düzgün şəkildə istifadə etməliyik. Son 2 gündə 10 minlərlə müraciət emal edilib".

# 3610
avatar

Oxşar yazılar