583 mindən çox icazə qeydiyyata alınıb
07 aprel 2020 17:46 (UTC +04:00)

583 mindən çox icazə qeydiyyata alınıb


"Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 38819 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 583092  icazə qeydiyyata alınıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 901 min telefon nömrəsindən 2 milyon 289 min SMS göndərilib. Bunlardan  təqribən 1 milyon 219 mini, yəni 53 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 98 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

# 1615
avatar

Oxşar yazılar