Rayonda karantin rejimini pozan 5 nəfər həbs edildi
07 aprel 2020 16:17 (UTC +04:00)

Rayonda karantin rejimini pozan 5 nəfər həbs edildi

Bərdədə xüsusi karantin rejimini pozan şəxslər cərimələnib.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində rayonların giriş hissələrində Yol Patrul Xidməti və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub. Eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir. Ümumilikdə rayon ərazisində 56 nəfərə protokol tərtib edilib. Protokollardan 9-u obyekt sahibi olan şəxslərə tətbiq olunub. 5 nəfər inzibati qaydada həbs edilib və 189 nəfərə isə xəbərdarlıqlar edilib.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

# 1618
avatar

Mehman Nəbiyev

Oxşar yazılar