Xaçmazda karantində saxlanılanlar ziyarət edildi - FOTO
07 aprel 2020 10:36 (UTC +04:00)

Xaçmazda karantində saxlanılanlar ziyarət edildi - FOTO

Xaçmazda karantində olanlar ziyarət edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları müvəqqəti karantin məntəqələrində olanlara mənəvi dəstək göstəriblər. Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov və bir neçə polis əməkdaşı məntəqəyə baş çəkərək, vətəndaşların yaşayış şəraitləri ilə maraqlanıblar. Hər bir şəxslə səmimi söhbət edən polis rəisi, onlara ölkə rəhbərliyi tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışaraq, tətbiq olunan karantin rejiminin xalqımızın sağlamlığının təmin olunmasına xidmət etdiyini bildirib. Sakinləri maraqlandıran sualları cavablandıran H.Həsənov  məntəqənin yeməkxanasına baxaraq, burdakı şəraitlə dətanış olub. 

Polis əməkdaşları ilə söhbət zamanı müvəqqəti karantin məntəqələrinin sakinləri onlara bu çətin günlərdə baş çəkərək, mənəvi dəstək olan Azərbaycan polisinə öz təşəkkürlərini bildiriblər.

# 464
avatar

Mehman Nəbiyev

Oxşar yazılar