Bağ evindən klli miqdarda oğurluq edildi
06 aprel 2020 12:58 (UTC +04:00)

Bağ evindən klli miqdarda oğurluq edildi

Bakının Xəzər rayonunda bağ evindən oğurluq edilib.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, aprelin 3-dən 5-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki bağ evlərindən birinin həyətindən 14.100 manat dəyərində metal hissələr, 5 ədəd su nasosu və 2 ədəd qaynaq aparatı oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Ələkbərov saxlanılıb.

# 459
avatar

Mehman Nəbiyev

Oxşar yazılar