341
14:24
04 Aprel 2020

Milli Məclisin növbəti plenar iclasının vaxtı dəyişdirildi


Milli Məclisin növbəti plenar iclasının vaxtı dəyişdirilib.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA -ya açıqlamasında bildirib ki, parlamentin aprelin 7-də keçiriləcək növbəti plenar iclasının vaxtı aprelin 9-na dəyişdirilib.

“İclasın gündəliyindəki məsələlər isə olduğu kimi saxlanılıb", - deyə o qeyd edib.