Jurnalistlər xüsusi karantin rejimində hansı sənədlə hərəkət edə bilərlər? - AÇIQLAMA
03 aprel 2020 19:55 (UTC +04:00)

Jurnalistlər xüsusi karantin rejimində hansı sənədlə hərəkət edə bilərlər? - AÇIQLAMA

“Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin çoxsaylı müraciətlərini nəzərə alaraq xüsusi karantin rejimi müddətində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən KİV əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verilir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr  şöbəsinin müdiri Elnur Niftəliyev bildirib: “Bir daha bildirmək istəyirik ki, bütün bu qərarlar ölkədə virus təhlükəsinin minimuma endirilməsi üçün qəbul edilir. Bir daha vətəndaşlarımızdan zəruri olmadığı hallarda öz yaşayış yerlərini tərk etməməsi və xüsusi karantin vəziyətini nəzərə alaraq sui istifadə hallarına yol verməməsi xahiş olunur”.

# 835
avatar

Oxşar yazılar