"Virtual məktəb"də qeydiyyatdan keçənlərin sayı açıqlandı
03 aprel 2020 18:18 (UTC +04:00)

"Virtual məktəb"də qeydiyyatdan keçənlərin sayı açıqlandı

“Virtual məktəb” portalında yalnız bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib. Bu sevindirici haldır.

Lent.az xəbər verir ki, bu barədə təhsil nazirinin müşaviri Elnur Məmmədov sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, hazırda bu şagirdlər portalda ev tapşırıqları ilə tanış ola və video dərslərə baxa bilirlər, müxtəlif məktəblərdən olan həmyaşıdları ilə video bağlantı qura və onlayn müzakirələr apara bilirlər: “Qeydiyyatdan keçmiş şagirdlər həm virtual.edu.az, həm də teams.microsoft.com saytları üzərindən öz hesablarına daxil ola bilərlər.

Qeydiyyatdan keçən şagirdlərin siniflər, tapşırıqlar və digər virtual funksiyalar üzrə sistem tərəfindən ilkin komplektləşdirilməsi aparılır. İlkin komplektləşdirmə tamamlandıqdan sonra yeni şagirdlərin qeydiyyatına davam ediləcək. Bir qayda olaraq buna bir neçə saat vaxt tələb olunur.

Müşavirin sözlərinə görə, elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəb”ə qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir.

Belə ki, “Virtual məktəb”ə qoşulmaq istəyən hər bir şagirdin qeydiyyatı komplektləşdirmələr aparılmaqla həyata keçiriləcək.

 

 

# 1051
avatar

Aygün İbrahimli

Oxşar yazılar