Karantin rejimini pozan 17 mindən çox avtomobil geri qaytarılıb
03 aprel 2020 10:44 (UTC +04:00)

Karantin rejimini pozan 17 mindən çox avtomobil geri qaytarılıb

Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında aprelin 2-i saat 8-dən bu gün saat 8-dək olan müddətdə polis əməkdaşlarının gördüyü işlər barədə məlumat yayıb.

İdarədən Lent.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 25-i rayon, 118-i paytaxt istiqamətinə olmaqla 143  nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Şamaxı-Yevlax yolunun 86-cı kilometrliyində yerləşən keçid postundan 34-ü rayon, 24-ü paytaxt istiqamətinə olmaqla 58 nəqliyyat vasitəsi geri qaytarılıb.     
 
Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 45-i rayon, 159-u paytaxt istiqamətinə olmaqla 204 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 265  nəqliyyat vasitəsi geri qaytarılıb.          

Abşeron rayonunun çıxışında yerləşən keçid postundan 650  nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.           

Gün ərzində 1320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 10 nəfər inzibati qaydada həbs olunub, 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1476 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Ümumilikdə martın 19-dan bu günədək 17576 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

# 536
avatar

Mehman Nəbiyev

Oxşar yazılar