Dövlət məmuru azərbaycanlı aktrisaya maşın hədiyyə etmək istədi
03 aprel 2020 09:14 (UTC +04:00)

Dövlət məmuru azərbaycanlı aktrisaya maşın hədiyyə etmək istədi

Azərbaycanlı aktrisa Pərvin Abıyeva maraqlı açıqlama verib. Lent.az-ın məlumatına görə, aktrisa “Tam səmimi” verilişində bildirib ki, dövlət məmuru ona maşın hədiyyə etmək istəyib:

 “Mən “Maşın” şounun 2-ci dəfə tərk edəndən sonra dövlət məmurunun adından mənə zəng gəldi ki, sənə maşın hədiyyə etmək istəyirik. Onda da mənim bir oğlanla münasibətim var idi. Yanımda oturmuşdu. Münasibətim olmasaydı, alardım. Amma sırf hədiyyə kimi verilirsə. Mənim 29 yaşım var. O qədər efirdə deyiblər ki, hədiyyə gəlib, sonra yalan olub. İndi kişilər bicləşib. Vaxt var idi ki, müğənnilərə, aktrisalara qəşəng hədiyyələr verirdilər. Bəlkə də mənə maşın hədiyyə etmək istəyən şəxs yalan danışırmış, başqa məqsədi var imiş”.

# 1891
avatar

Yalçın UĞUR

Oxşar yazılar