Bakıya güclü yağış, rayonlara qar yağacaq - PROQNOZ
01 aprel 2020 12:24 (UTC +04:00)

Bakıya güclü yağış, rayonlara qar yağacaq - PROQNOZ

Aprelin 2-də gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  

Havanın temperaturu  gecə 8-11° isti, gündüz  13-16° isti, Bakıda  gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. 

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq.  

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər  saatlarında  duman olacaq. Şərq  küləyi gündüz qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°- dək  isti, gündüz 4-8° isti olacaq. 

 

# 1941
avatar

Aygün İbrahimli

Oxşar yazılar