4558
15:41
31 Mart 2020

Xüsusi karantin rejimində evdən çıxanda bu sənədləri götürün

Əhalidən evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmək xahiş olunur.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın əhaliyə müraciətində əksini tapıb.

Eyni zamanda fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslərin xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyətinin isə Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən akkreditasiya kartlarınını özləri ilə götürmək xahiş olunur.