4812
13:27
30 Mart 2020

Uhan qəhrəmanı ilə göz yaşlarıyla vidalaşdı - Biz də birlikdə güclüyük! - VİDEO

Koronavirusun ilk yayildiği Çinin Uhan şəhərindən möhtəşəm görüntülər yayılıb.

Lent.az -in xarici KİV-ə istinadən verdiyi məlumata görə, virusun yayıldığı ilk gündən ölkənin hər yanından bu şəhərə göndərilən 40 mindən çox həkim və digər tibb işçiləri alqışlar və göz yaşları ilə yola salınıb. Küçələrdə "Siz qəhrəmanımızsınız" şüarları asılıb.

Hə, dünyanı lərzəyə salan bu virusun beşiyi indi hamı üçün açıqdı. Sanki qorxulu bir yuxuydu, bitdi.

Az qaldı, çox az. Qəhrəman həkimlərimizi, bu ağır gündə bu bəla ilə mübarizə aparan hər kəsi alqışlayacağımız günə az qalıb. Biz bir yerdə güclüyük...