FHN Bakı küçələrini belə dezinfeksiya edir - VİDEO - FOTO
29 mart 2020 22:03 (UTC +04:00)

FHN Bakı küçələrini belə dezinfeksiya edir - VİDEO - FOTO

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir.

Lent.az-a nazirlikdən daxil olan məlumata görə, dünəndən etibarən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində dezinfeksiya tədbirlərinə başlanılıb.

Ayrı-ayrı məkanlarda həyata keçirilən tədbirlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

# 1623
avatar

Oxşar yazılar