1212
18:00
27 Mart 2020

Bu ölkədə bir-birinə çox yaxın duranlar həbs olunacaq

Sinqapur hakimiyyəti koronavirusun yayılmasına qarşı tədbirləri sərtləşdirmək üçün ayaqüstə, yaxud oturaq vəziyyətdə bilərəkdən ən azı bir metrlik məsafə saxlamayanları həbsxanaya göndərmək qərarına gəlib. Lent.az xarici KİV-ə istinadla bildirir ki, qayda pozucuları 6 ay müddətinə həbs ediləcək, yaxud 7 min dollar məbləğində cərimələnəcəklər.

Belə cəza oturaq, yaxud ayaqüstə dayanan müştərilər arasında minimum bir metrlik məsafə saxlamasını təmin etməyən müəssisə rəhbərləri üçün də keçərli olacaq.

Bundan əlavə, Sinqapur hakimiyyəti barların və kinoteatrların bağlanması, böyük tədbirlərin qadağan edilməsi kimi karantin tədbirləri də elan edib. Lakin ölkədə genişmiqyaslı karantin hələ ki tətbiq edilməyib.

KİV-lərdəki məlumata görə, hazırda Sinqapurda koronavirusa 683 yoluxma qeydə alınıb, iki nəfər vəfat edib.