
Agentlik sədri: “Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”
“Bu gün karantində olanların sayı 3300-dən çoxdur, onların əksəriyyəti xaricdən gələnlərdir”.
APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, 25 məntəqədə karantin evi var:
“Təəssüf hissi ilə deməliyəm ki, son zamanlar virusa yoluxmalar daxildə daha çox aşkarlanır. Xəstəxanaya müraciət edən, pnevmoniya diaqnozu qoyulan və digər simptomları olan şəxslərdən yaxma götürülür. Testlər nəticəsində müəyyən olunur ki, onlarda da virus var və yayılma da var. Bunun daha da genişlənəcəyini nəzərə alaraq, ölkə üzrə virusla mübarizəyə 21 xəstəxana ayrılıb. Xəstəxanalara lazım olan avadanlıq, tibbi persona və tibbi ləvazimatların çatışmazlığı aradan qaldırılıb. Bakı şəhərində 6, regionlarda 15 xəstəxana ayrılıb. Artıq regionda aşkar olunan xəstələr öz rayonlarında, Bakıda çıxanlar isə paytaxtdakı xəstəxanalarda yerləşdirilir”.

Oxşar yazılar

“Evlərimiz hər an, hər dəqiqə uça bilər” - "57 yaşlı" yataqxananın sakinləri-FOTO
17 yanvar 2021 , 16:47
Koronavirus statistikası: 845 sağalma, 322 yoluxma, 11 ölüm
17 yanvar 2021 , 16:06
Ünvanlı sosial yardım necə təyin edilir? - Nazirlikdən CAVAB-VİDEO
17 yanvar 2021 , 14:07
Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
17 yanvar 2021 , 11:49
Dünyada bu gün-VİDEO
17 yanvar 2021 , 09:05
Şəhər və rayonlara giriş-çıxışa hansı şərtlərlə icazə veriləcək? - RƏSMİ AÇIQLAMA
16 yanvar 2021 , 19:20
Azərbaycanda son sutkada koronavirusa 402 yoluxma qeydə alındı
16 yanvar 2021 , 17:12
“Azərlotereya” Türkiyə şirkətinə verildi - RƏSMİ
16 yanvar 2021 , 16:24