“Keyn heç nə qazanmasa, gedəcək” - Şirer
26 mart 2020 19:05 (UTC +04:00)

“Keyn heç nə qazanmasa, gedəcək” - Şirer


İngiltərə yığmasının sabiq hücumçusu Alan Şirer maraqlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, hazırda televiziya kanalında ekspertlik edən keçmiş futbolçu “Tottenhem”in kapitanı Harri Keyn barədə fikirlərini bildirib.
O, Keynin London klubundakı taleyinin komandanın çıxışından asılı olduğunu bildirib: “Harrinin daha 1 mövsüm “Tottenhem”də qalacağını düşünürəm. Məncə, o, kluba sonuncu dəfə şans verəcək. Əgər növbəti mövsümdə də “Tottenhem” heç bir titul qazana bilməyəcəksə, onda Keyn komandadan gedəcək”.

Qeyd edək ki, hazırda zədəsini sağaltmaqla məşğul olan H.Keyn “Tottenhem”də 278 oyunda 181 qola imza atıb.

# 597
avatar

Oxşar yazılar