891
13:20
26 Mart 2020

Yaşı 65-dən yuxarı deputatlardan xahiş olunacaq ki...


“Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlardan xahiş olunacaq ki, karantin qaydalarına əməl olunsun”.

Bunu APA -ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

A. Təvəkküloğlunun sözlərinə görə, Milli Məclisin martın 30-da keçiriləcək iclasında iştirak edəcək deputatlar və əməkdaşlar koronavirus təhlükəsi ilə bağlı sabahdan test yoxlamasından keçiriləcək.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin.