1591
21:48
25 Mart 2020

Maska istehsalı ilə bağlı YENİ QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən, tibbi maskaların istehsalında istifadə edilən, səthi sıxlığı 70 q / m2-dən çox, lakin 150 q / m2-dən çox olmayan kimyəvi iplər 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.