441
14:11
25 Mart 2020

İranda koronavirus bir sutkada 143 nəfəri öldürdü

İranda koronavirusdan ölənlərin sayı 2077-yə çatıb.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyindən məlumat verib.

Bildirilib ki, son sutka ərzində COVID-19 virusuna yoluxmuş 143 nəfər vəfat edib, 2206 nəfərdə virusa yeni yoluxma faktı aşkarlanıb.

Ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 27017-yə çatıb.

Bu günədək 9625 nəfər sağalıb.