Koutinyo İngiltərə klubuna keçə bilər
24 mart 2020 17:12 (UTC +04:00)

Koutinyo İngiltərə klubuna keçə bilər

Transfer hüququ “Barselona”ya məxsus olan, ancaq icarə əsasında “Bavariya”da çıxış edən Filipp Koutinyonu daha bir klub heyətində görmək istəyir.

Lent.az-ın “The Sport Review” nəşrinə istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Belə ki, “Arsenal” Koutinyonun xidmətində maraqlıdır. “Topçular” “Barselona” rəhbərliyi ilə danışıqlara start veriblər. İspanların Koutinyonu satmağa razı olduqları bildirilir. Tərəflər maliyyə məsələsində razılığa gəlsələr, London klubu Braziliya yığmasının üzvünü yayda heyətinə qatacaq.

Qeyd edək ki, F.Koutinyo 2013-2018-ci illərdə İngiltərədə “Liverpul” klubunun formasını geyinib.

# 441
avatar

Oxşar yazılar