Mane “Real”a keçəcək
24 mart 2020 16:10 (UTC +04:00)

Mane “Real”a keçəcək

“Liverpul”un sabiq futbolçusu Məhəmməd Sissoko maraqlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, Mali yığmasının keçmiş üzvü “mersisaydlılar”ın lider oyunçularını heyətində saxlaya bilməyəcəyini deyib.

O, “Liverpul”un aparıcı futbolçularından olan Sadio Manenin tezliklə İspaniyaya köçəcəyini bildirib: “Məhəmməd Salahın hazırkı komandasında qalıb-qalmayacağını deyə bilmərəm. Amma Salah gedəcəyi halda klub onun yerini doldura biləcək. Çünki “Liverpul”un çox güclü, meydana çıxmağa daim hazır olan gənc oyunçuları var. Salah “Real”a keçəcəkmi? Mən ondan çox Sadio Maneni “Real”da görürəm. O, Zinəddin Zidanın komandasında özünü göstərəcək potensialdadır. Üstəlik, Zidan da açıqlamalarında Maneni qiymətləndirdiyini deyib. Düşünürəm, Mane tezliklə “Real”a keçəcək”.

Qeyd edək ki, M.Sissoko 2005-2008-ci illərdə “Liverpul”un formasını geyinib.

# 591
avatar

Oxşar yazılar