İTV aprel döyüşlərindən bəhs edən "4 gün" adlı serial yayımlayacaq
24 mart 2020 16:00 (UTC +04:00)

İTV aprel döyüşlərindən bəhs edən "4 gün" adlı serial yayımlayacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş döyüşlərə həsr olunan filmin çəkilişlərinə başlayıb.

Lent.az xəbər verir ki, filmin treylerinin yaxın günlərdə yayımlanacağı gözlənilir. 

Hazırda bəzi kadrları hazır olan ekran işi haqqında ətraflı məlumat ictimaiyyətə yaxın günlərdə açıqlanacaq.

Məlumata görə Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılır.

# 888
avatar

Aygün İbrahimli

Oxşar yazılar