891
00:41
24 Mart 2020

Türkiyədə koronavirusdan ölənlərin sayı 37-yə çatıb

Türkiyədə yeni tip koronavirusdan (COVID-19) ölüm sayı 37-yə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 3672 şübhəli koronavirus testindən keçib, onlardan 293-nün cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 1529-a çatıb.