19:44
23 Mart 2020

Vergilər Məcəlləsinə dəyişiklik ediləcək - Sahibkarlara ŞAD XƏBƏR


“Dövlət sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması imkanlarını nəzərdən keçirir və bu məqsədlə aidiyyəti dövlət qurumları, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə intensiv müzakirələr aparılır”.

APA-nın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov deyib ki, tədbirlər müəyyənləşən kimi aidiyyatı qanunvericilik aktlarında, o cümlədən Vergilər Məcəlləsində lazımi dəyişikliklərin edilməsi üçün müraciət olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart tarixli sərəncamı ilə pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılıb.

Dİgər xəbərlər