“Barselona” sabiq “Qalatasaray”lını istəyir
23 mart 2020 18:48 (UTC +04:00)

“Barselona” sabiq “Qalatasaray”lını istəyir


“Portu” klubunun müdafiəçisi Aleks Telles karyerasını İspaniyada davam etdirə bilər.

Lent.az-ın ispan mətbuatına istinadən məlumatına görə, braziliyalı futbolçu ilə “Barselona” yaxından maraqlanır.

Kataloniyalılar 27 yaşlı “sambaçı”ya komandanın əsas heyət üzvü olan Jordi Albanın layiqli əvəzləyicisi kimi baxırlar. Tellesin “Portu” ilə müqaviləsinin müddəti 2021-ci ilin yayınadək nəzərdə tutulub. “Çelsi”nin də maraq dairəsində olan müdafiəçinin transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, A.Telles “Portu”ya 2016-cı ildə “Qalatasaray”dan keçib. O, “əjdahalar”ın heyətində 170 oyunda 16 qola imza atıb.

# 1055
avatar

Oxşar yazılar