Roma Papası Maltaya səfərini təxirə saldı
23 mart 2020 15:04 (UTC +04:00)

Roma Papası Maltaya səfərini təxirə saldı


COVID-19 pandemiyası ilə əlaqədar Roma Papasının səfəri təxirə salınıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi Vatikan məlumat yayıb.

Məlumata görə, Papa Fransiskin mayın 31-nə Maltaya planlaşdırılan səfəri təxirə salınıb. Bu, 10 ildən sonra Roma Papasının Maltaya ilk səfəri olacaqdı. Papa Fransiskin orada miqrantların hüquqları barədə çıxışı gözlənilirdi.

# 505
avatar

Oxşar yazılar