1615
21:38
21 Mart 2020

İtaliyada koronavirus qurbanlarının sayı artmaqda davam edir

İtaliyada son sutka ərzində 793 nəfər koronavirusdan vəfat edib.

APA-nın xəbərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4825-ə çatıb.

Son sutka ərzində 6557 nəfər virusa yoluxub. Ümumilikdə 53578 nəfər yeni növ koronavirus infeksiyasının (COVID-19) daşıyıcısıdır.