13:37
18 Mart 2020

Saqqal koronavirus təhlükəsini artırır - XƏBƏRDARLIQ

Dünyada yayılan koronavirus təhlükəsi ilə əlaqədar olaraq saqqal və saqqal formasının risk yaratdığı müzakirəyə səbəb olub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Başkənt Universitetinin Sinə Xəstəlikləri Kafedrasının professoru Füsun Eyüboğlu saqqallı insanların koronavirus tədbirlərində çətinlik yaşadığını və bu səbəbdən risk daşıdıqlarını açıqlayıb: “Saqqallı insanların saqqalında tozdan başqa, müxtəlif damcılar uzun müddət qala bilir. Bununla bağlı bir araşdırma aparmamışıq. Amma nəzəri olaraq müxtəlif toz və damlalar saqqallı bölgədə daha çox qalır. Məsələn, insan əlini saqqalına vurduqdan sonra ağzına və gözünə vurarsa, daha çox infeksiya yaymış ola bilər”.

O bildirib ki, saqqallı olan və koronavirusa yoluxan insanlar xüsusi maskalardan istifadə edir: “Maska qaydaya uyğun istifadə olunmalıdır. Üzü elə örtməlidir ki, nəfəsi alıb-verəndə damcılar ətrafa yayılmasın. Saqqal olduqda isə ölçüsünə uyğun maskalar istifadə olunmalıdır. Yəni saqqallı insanlar üçün xüsusi maskalar hazırlanıb və ondan istifadə etmələri məsləhət görülür”.

Ədalət və İnkişaf Partiyasının Adıyaman millət vəkili Yaqub Taş isə bildirib ki, təmizliyinə diqqət etdildikdən sonra saç və saqqalın kəsilməsinə ehtiyac yoxdur: “Kişilərin koronavirus təhlükəsinə görə saqqalını kəsməsinə ehtiyac yoxdur”.

Dİgər xəbərlər