Koronavirus dünya iqtisadiyyatına bu qədər ziyan vuracaq - RƏQƏMLƏR
17 mart 2020 14:42 (UTC +04:00)

Koronavirus dünya iqtisadiyyatına bu qədər ziyan vuracaq - RƏQƏMLƏR

Koronavirusun 2 ay davam edəcəyi təqdirdə, dünya iqtisadiyyatının nəzərdə tutulmayan əlavə xərclərinin ən pis halda 76,6 milyard, 3 ayda 155,9 milyard  və 6 ayda 346,9 milyard dollar olacağı gözlənilir.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının "Covid-19"un qlobal iqtisadiyyata təsiri barədə hazırladığı hesabatında bildirilib.

Bank epidemiyanın başlama müddətindən asılı olaraq, epidemiyanın dünya iqtisadiyyatına ziyanı ilə bağlı 3 fərqli ssenari müəyyən edib.

Hesabata görə, epidemiya səbəbindən Asiya və dünyada iqtisadi böyümənin bu il geriləməsi gözlənilir.

Ən yaxşı ssenariyə görə, qlobal ÜDM-nin (ümumi daxili məhsul) 0,08 faiz azalaraq 76,6 milyard dollar itirəcəyi təxmin edilir. Çinin ÜDM-nin 0,32 faiz azalaraq 43,9 milyard dollar itirəcəyi gözlənilir.

Orta səviyyəli ssenariyə görə, qlobal ÜDM-nin 0,18 faiz azalması ilə 155,9 milyard dollarlıq, Çinin isə  0,75 dollarlıq azalma ilə 103,05 milyard dollar zərərə düşməsi gözlənilir.

Hesabata görə, epidemiya səbəbiylə Asiya İnkişaf Bankına üzv olan inkişaf etməkdə olan ölkələrin əksəriyyəti üçün turizm tələbatında ciddi azalma olacaq.

Hesabata görə, inkişaf etməkdə olan Asiya iqtisadiyyatının əksəriyyətinin turist sayı fevral ayında əvvəlki ilə nisbətən 50-90 faiz azalacaq. Təhlilçilərin hesablamalarına görə, Çinin turizm gəlirlərinin 15-35 milyard dollar, Asiyanın qalan hissəsində isə 19-45 milyard dollar olacağı proqnozlaşdırılır.

 

# 1386
avatar

Aygün İbrahimli

Oxşar yazılar