İtaliya klubundan Samirə yeni müqavilə təklifi
17 mart 2020 13:17 (UTC +04:00)

İtaliya klubundan Samirə yeni müqavilə təklifi


İtaliyanın “İnter” klubu qapıçısı Samir Handanoviçlə yeni müqavilə imzalamaq istəyir. 

Lent.az-ın məlumatına görə, “neradzurra” sloveniyalı qolkiperin çıxışından razıdır.

Bu səbəbdən “İnter” rəhbərliyi Samirlə əməkdaşlığı davam etdirmək fikrindədir. 35 yaşlı çərçivə qoruyucusu razılıq versə, onun sözləşməsinin müddəti 2022-ci ilədək uzadılacaq. Handanoviçin hazırkı sözləşməsi isə 2021-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Samir Handanoviç 2012-ci ildən “İnter”in formasını geyinir.

# 1596
avatar

Rizvan Babayev

Oxşar yazılar