396
10:59
17 Mart 2020

Koronavirusa qarşı peyvəndlərin sınağında 45 könüllü iştirak edəcək

Bu gündən başlayaraq ABŞ-da koronavirusa qarşı peyvəndlər insanlar üzərində sınaqdan keçirilir.

Lent.az xəbər verir ki, ABŞ-da hazırlanan peyvənd əvvəlcə 4 insanın üzərində sınanacaq.

Peyvəndin üzərində sınaqdan keçirildiyi insanın adı açıqlanmasa da, 43 yaşında iki uşaq anası olduğu və hər hansı risklə qarşı-qarşıya qalmadığı bildirilib.

Elm adamları virusun genetik kodlarının dəyişdirildiyini və bu səbəbdən sınaqda iştirak edən insanlara heç bir zərər vurmayacağını açıqlayıb.

Qarşıdakı günlərdə peyvəndin sınağı 45 könüllü üzərində davam etdiriləcək və testlərin uğurla başa çatacağı təqdirdə vaksini 12 ilə 18 ay arasında əhalinin istifadəsinə vermək mümkün olacaq.