910
18:36
16 Mart 2020

Kirayə mənzil götürənlərlə müqavilələr bağlandı - İLK DƏFƏ

Martın 16-da Azərbaycanda ilk dəfə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində kirayə müqavilələri rəsmiləşdirilib.

Lent.az -a İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, Fondun razılıq qərarını alaraq mənzil seçimi edən ilk 6 vətəndaşla kirayə mənzil müqaviləsi imzalanıb və hazırda mənzillərin onlara təhvil verilməsinə başlanılıb. Əlavə olaraq 23 vətəndaş da müqavilənin rəsmiləşdirmə tarixini seçib.

Vətəndaşların nəzərinə çatdırırıq ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 19 mart 2020-ci il tarixinədək məhdudlaşdırıldığından, Fond tərəfindən vətəndaşların sənədlərinin qəbulu da müvəqqəti dayandırılıb. Sənəd qəbulunun davam etdirilməsi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Bugünədək elektron sistemdən istifadə edərək kirayə mənzil xidmətinə müraciət edənlərin sayı belədir:

EİKZS-də elektron kabinet yaradanlar

8374

Müraciət formalaşdıranlar

7523

Müraciət göndərənlər

5893

Sənəd təqdim edənlər

298

Razılıq qərarı alanlar

222

Razılıq verilməsindən imtina olunanlar

3

Mənzil seçimi edənlər

72

Rəsmiləşdirilmiş müqavilələr

6

Rəsmiləşdirilmə günü təyin olunanlar

23

Qeyd edək ki, kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.