Ronaldo 39 yaşınadək “Yuventus”da qalacaq?
16 mart 2020 11:55 (UTC +04:00)

Ronaldo 39 yaşınadək “Yuventus”da qalacaq?

 

"Yuventus" klubu futbolçusu Kriştianu Ronaldoya yeni müqavilə təklif edib. 

Lent.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, “qoca sinyora” portuqaliyalı hücumçunun sözləşməsinin müddətini 2024-cü ilin yayına qədər uzatmaq niyyətindədir.

Bu isə o deməkdir ki, Ronaldo razılıq versə, 39 yaşınadək "Yuventus"un formasını geyinəcək. Superulduzun təkliflə bağlı hansı qərarı qəbul edəcəyi maraq doğurur. 

Qeyd edək ki, “Yuventus”a 2018-ci ildə "Real"dan keçən Ronaldo turinlilərin heyətində ümumilikdə 75 oyunda 53 qola imza atıb.

 
# 1068
avatar

Rizvan Babayev

Oxşar yazılar