Koronavirusla mübarizədə sevimli mahnı kömək edəcək: siz də sınayın
16 mart 2020 09:44 (UTC +04:00)

Koronavirusla mübarizədə sevimli mahnı kömək edəcək: siz də sınayın

Koronavirusun dünyada sürətlə yayılması ilə bağlı həkimlərin çoxu və nazirliklər həmvətənləri üçün yaddaş kitabçaları buraxır və təlimatlar verir. 


Lent.az xarici KİV-ə istinadla bildirir ki, hazırkı məqamda koronavirunun profilaktikası üçün ən effektli üsul (digər başqa viruslar üçün də) əllərin keyfiyyətli yuyulmasıdır. 


Britaniyanın Milli sağlamıq xidməti yaxınlarda əlləri necə yumaq barədə şəkilli ətraflı təlimat yayımlayıb. Həkimlər qeyd edirlər ki, bunu 20 saniyə müddətində etmək lazımdır. 


Əl-üz yuyanın yanında bir saniyəölçən ilə dayanmamaq üçün Uilyam Qibson komik bir proqram-syat hazırladı və onun vasitəsilə əl yumaq vaxtını necə düzgün hesablamağa yardım edir. 


Bunu etmək üçün ən çox sevdiyiniz musiqi ifaçısının adını və mahnının sözlərini yazın. Proqram istəyi emal edəcək və mahnının sözləri ilə fərdi əl yuma təlimatları verəcək - hər bir hərəkət nəticədə eyni 20 saniyəni təşkil edən sözlərlə müşayiət olunur.

Bildirilir ki, gündə istifadəçilər 90 mindən çox fərdi plakatlar yükləyiblər (onlar çap edib və əl-üz yuyanın üstünə asıla bilər). Artıq öz musiqi qrafikiz var. İstifadəçilərin əllərini yuyarkən zümzümə etməyə üstün tutduqları bunlardır – “Queen” qrupunun “Bohemian Rhapsody”u (1063 yükləmə), Rika Estlidən Never Gonna Give You Up (633 yükləmə), Smash Mouthdan “All Star” (633 yükləmə) və Totodan “Africa” (630 yükləmə). Saytda hələ ki yalnız ingilis dilində mahnı təlimat plakatı sifariş vermək mümkündür.

# 2708
avatar

Oxşar yazılar