662
09:10
14 Mart 2020

Britaniyanın Baş naziri italiyalı həmkarına söz verdi: "Kömək edəcəm"


Böyük Britaniyanın Baş Naziri Boris Conson italiyalı həmkarı Cüzeppe Konteyə koronavirusla bağlı mübarizədə istənilən köməyin göstəriləcəyi ilə bağlı vəd verib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə iki hökumət başçısı arasında olan telefon danışığı ilə bağlı London tərəfinin yaydığı açıqlamada deyilir.

“Baş nazir koronavirusun yayılmasının miqyası fonunda İtaliyaya həmrəyliyini və anlayışını dilə gətirib. O, dünya ölkələri üçün son dərəcə çətin bir vaxt olduğunu və Britaniyanın İtaliyaya hər cür dəstək verəcəyini qeyd edib”, - məlumatda belə deyilir.