14:51
13 Mart 2020

“Cəsur İtaliya, başını dik tut” - məşhur futbolçudan dəstək

“Fiorentina”nın futbolçusu Frank Riberi koronavirusa görə İtaliya çempionatının dayandırılması haqda danışıb.

Lent.az -ın məlumatına görə, fransalı yarımmüdafiəçinin fikirləri Florensiya klubunun rəsmi tvitter səhifəsində yer alıb.

“Çətin məqamdır. Ancaq bunun öhdəsindən birlikdə gələcəyik. Mənim Florensiyam və cəsur İtaliya, başını dik tut”, - Riberi bildirib.

Qeyd edək ki, A seriyası aprelin 3-dək dayandırılıb.

Dİgər xəbərlər