Gürcüstanda toy mərasimlərinin təxirə salınması təklif edildi
12 mart 2020 11:59 (UTC +04:00)

Gürcüstanda toy mərasimlərinin təxirə salınması təklif edildi


Gürcüstanda koronavirusla mübarizə tədbirləri çərçivəsində toy mərasimlərinin təxirə salınması təklif edilib.

APA-nın yerli bürosu xəbər verir ki, təklifi Xəstəliklərə nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi tərəfindən irəli sürüb. Mərkəzin direktor müavini Paata İmnadze bildirilib ki, virusla mübarizə tədbirləri çərçivəsində hökumətə daha sərt addımların atılması tövsiyə edilib ki, bunlardan biri də toy mərasimləri ilə bağlıdır.  

“Biz hökumətə əlavə məhdudiyyətlərin tətbiqini tövsiyə etmişik. Bunlardan başlıcası toy mərasimləridir. Təbii ki, bu insanların normal həyat tərzini məhdudlaşdıra bilər, amma bunu üçün başqa zaman da imkan olacaq. Biz durumun bəzi Avropa ölkələrindəki səviyyəyə çatmasını istəmirik. Hər şey epidemioloji situasiyadan asılı olacaq”, - deyə P. İmnadze bildirib.

# 769
avatar

Oxşar yazılar