10:18
12 Mart 2020

Bu klub fəaliyyətini müvəqqəti dayandırdı - KORONAVİRUSA GÖRƏ

“Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyinin aşkar edilməsi İtaliyanın digər klublarını təşvişə salıb.

Apasport.az saytının məlumatına görə, artıq “İnter” bununla bağlı rəsmi bəyanat yayıb.

Milan təmsilçisi idman fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb: “Yuventus”un futbolçusu Daniele Ruqaninin koronavirus testinin müsbət nəticələnməsindən sonra “İnter” bütün idman fəaliyyətlərini dayandırdı. Klub hazırda bütün lazımi prosedurları həyata keçirmək üçün addımlar atır”.

Qeyd edək ki, martın 8-də A seriyasının XXVI turu çərçivəsində “Yuventus”la “İnter” üz-üzə gəlib, Turin təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Ruqani həmin qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Dİgər xəbərlər