10412
10:00
12 Mart 2020

"Uşaq yeməkləri market və apteklərdən yığışdırılsın" – Sədrdən AÇIQLAMA - VİDEO

Süni qidalar elə yerlərdə satılmalıdır ki, gənc analar onları görməsin.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az -a risk əsaslı qidalar və uşaq yeməklərindən danışarkən bildirib. Sədr risk əsaslı qidalara nümunələr çəkərək, onlara nə cür nəzarət edilməli olduğuna da aydınlıq gətirib.

Birlik sədri Azərbaycanın ana südü ilə qidalanma baxımından Avropa ölkələrindən xeyli geridə qaldığını deyərək, bununla bağlı 2001-ci ildə qanun qəbul edildiyini dilə gətirib.

Eyyub Hüseynov süni qidaların beynəlxalq qanunlara əsasən, istənilən yerdə satılmasının düz olmadığını bildirib. Onun sözlərinə görə, gənc analar bu yeməkləri gördüyü halda uşaqlarına alternativ qida tapdıqlarını düşünürlər.

Üçüncü ölkələrdən də Azərbaycana süni qidaların gəldiyini deyən sədr, həmin məhsulların ümumiyyətlə market və apteklərdə satışının qarşısının alınmalı olduğunu dilə gətirib.

Həmsöhbətimiz bildirib ki, süni uşaq qidaları market və apteklərdən yığışdırılmalı, yalnız xüsusi yerlərdə satılmalıdır.

Eyyub Hüseynov ölkə xəstəxanalarında uşağn doğuşdan sonra anadan ayrıldığını və ona süni qida verildiyini qeyd edib. O, bununla da qəbul olunmuş qanunun pediatrlar tərəfindən pozulduğunu dilə bildirib.

Dİgər xəbərlər