882
22:38
05 Mart 2020

Ərdoğan: "Türkiyə və Rusiya İdlibdə atəşkəs haqqında razılığa gəliblər"

Türkiyə və Rusiya İdlibdə atəşkəs haqqında razılığa gəliblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi ilə bu gün keçirilən danışıqların yekunu ilə bağlı Suriyanın İdlib əyalətində atəşkəs haqqında razılıq əldə olunub: "6 mart saat 00:01-dən etibarən İdlibdə atəşkəs elan olunacaq".