16:27
03 Mart 2020

"Kiminsə ərini bölüşdürə bilmirsiniz" - Afaq Bəşirqızından Xatuna

Xalq artisti Afaq Bəşirqızı müğənni Xatun Əliyevanın parodiyalarına münasibət bildirib.

Lent.az -ın məlumatına görə, aktrisa "Söhbət var" verilişində Xatuna məsləhət verib:

"Özün kimi qal. Bir çoxları fəxr etməlidir ki, onları parodiya edirsən. İnciyənlərə demək istəyirəm: Deyəsən, yeriniz kimi xasiyyətiniz də səhv düşüb. Harada ciddi oturmaq, harada gülmək lazımdır yadınızdan çıxıb. Ona görə də həyatın müəyyən qanunlarını başa düşmürsünüz.

Ancaq qeybət edib, xətrə dəyməyi bacarırsız. Kiminsə ərini bölüşdürə bilmirsiniz. Bütün bunlar böyük faciədir. Amma parodiya edəndə, xoş halda yada salanda qəbul etmirsiz. Sənətkarı sənətkar yada salır, burada nə var?".

Dİgər xəbərlər