Türkiyənin şəhid əsgərləri - ACI XƏBƏRLƏRİ AİLƏLƏRİNƏ VERİLİR
28 fevral 2020 15:32 (UTC +04:00)

Türkiyənin şəhid əsgərləri - ACI XƏBƏRLƏRİ AİLƏLƏRİNƏ VERİLİR

Türkiyə mətbuatında ötən gecə Suriyanın İdlib bölgəsində Bəşər Əsəd rejiminin hücumu nəticəsində şəhid olan əsgərlərin siyahısı açıqlanır.

Lent.az şəhid əsgərlərin bəziləri haqqında məlumatı təqdim edir.

23 yaşlı Onbaşı Turgut Burkay Qorxmazın Antaliyanın Finikye rayonunda yaşayan ailəsinə şəhidin acı xəbəri verilib.

 

 Şəhidlərdən biri 24 yaşlı çavuş İbrahim Tüzeldir. Şəhidin Mərsinin Ərdəmli rayonunda yaşayan ailəsinə acı xəbəri verilib. Onlar yeddi bacı-qardaş olublar. Şəhidin evi Türkiyə bayraqları ilə bəzədilib. Onun nəşi doğma yurdunda torpağa veriləcək.

Şəhidlərdən biri - Afyonkarahisarın Dinar rayonundan olan 35 yaşlı yüzbaşı Süleyman Şahindir. Yüzbaşının ana-atasının onun övladlarına baxmaq üçün Ankaraya getdikləri və acı xəbəri də elə orada öyrəndikləri açıqlanıb.

 

Dünən gecə baş verən hücumda şəhid olanlardan biri də 24 yaşında olan onbaşı Ali Taşözdür. Onbaşı Kayserinin Dəvəli rayonundandır.

 

İdlibdən gələn acı xəbərdən biri də Qəhrəmanmaraşa gedib. 23 yaşlı onbaşı Əhməd Sayğılı da 33 şəhidin arasındadır.

 

Şəhidlərdən biri Tekirdağdan olan 21 yaşlı onbaşı Rəcəb Bəkirdir.

Şəhid olan 33 əsgərin siyahısında Osmaniyədə doğulan çavuş Batuhan Tank və Xəlil İbrahim Akkayanın da adları var. Həmyerlilərin hər ikisi hələ 23 yaşda idi...

Qeyd edək ki, ötən gecə İdlibdə Türkiyə Silahlı Qüvvələrinin  33 əsgəri şəhid olub.

 

 

# 2487
avatar

Aygün İbrahimli

Oxşar yazılar